Site Loader

“İstər hüquqi, istər siyasi, istərsə də məntiqi anlayışa görə yerin soyqrımı yox, millətin (xalqın) soyqrımı olur. Beynəlxalq hüquq tələbinə görə “Soyqırımı ‒ milli, irqi və ya dini zəmində müəyyən edilən əhalinin, bütün millətin (xalqın) tamamən və ya qismən məhv etmək üçün, qəsdən göstərilən fəaliyyətdir”. Ona görə, “Xocalı soyqırımı – insanlığa qarşı cinayət” əvəzinə “Xocalı qətliamı – azərbaycanlıların soyqrımı” və yaxud “Azərbaycanın Xocalı şəhərində Ermənistan silahlı qüvvələri tərəfində azərbaycanlılara qarşı törədilən qətliam” yazılsın”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri Kiyevdə yaşayan həmyerlimiz, türkoloq Fərhad Turanlı səsləndirib. O, bildirib ki, belə olan halda ermənilər bu məlumatları öz xeyirləreinə istifadə edə bilməsinlər: ” O cümlədən xarici ölkələrin (məsələn: fransızlar, almanlar, ingilislər və s.) vətəndaşları, müxbirləri, millət vəkilləri, nazirləri, prezidentləri anlaya bilsinlər ki, bəhs olunan qətliam ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqrımıdır. Beləliklə, Xocalı qətliamının, azərbaycanlıların soyqrımı olduğunu məlumat vasitələrində, rəsmi sənədlərdə yazaraq, xarici ölkələrdə bu şəkildə insanların
nəzrəinə çatdırmaq lazımdır”. Fərhad Turanlı onu da deyib ki, Ermənistan silahlı qüvvələri tərəfindən törədilən “Azərbaycanlıların / Türklərin soyqrımının” xarici dövlətlərin parlamentləri və başqa dövlət qurumları tərəfindən tanınması və qəbul edilməsi üçün, Azərbaycan Ali Məhkəməsənin və Beynəlxalq hərbi tribunalın gərarı və müvafiq qanunlar olması vacib şərtdir: “Bundan sonra Beynəlxalq təşkilatlarda, o cümlədən parlamentlərdə Azərbaycanla, Türkiyə ilə bağlı mülahizə və müzakirə mövzularını ( “Azərbaycanlıların / Türklərin soyqrımının” ) hüquq baxımından və siyasi nöqteyi nəzərdən dəqiq və savadlı işıqlandırmalıyıq. Onda biz istədiyimiz nəticəni əldə edə bilərik”.

https://olaylar.az/news/sosial/162560#.VryE10iNa_4.facebook