“Bu ay da “Xaricdə həmyerlilərinə dəstək ol!” şüarı altında Ukraynanın müxtəlif vilayətlərində diasporumuzun üzvləri olan 150 aztəminatlı azərbaycanlı ailəsinə hərəsində 30 kq ərzaq olan yardım qutuları göndərdik”.
Bu barədə məlumatı XezerNews.az-a Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun rəhbəri, hüquq elmləri doktoru Hikmət Cavadov verib.
H.Cavadov bu vacib layihənin reallaşmasının əsas səbəbkarı, aztəminatlı azərbaycanlı ailələrinə öz dəstəyini əsirgəməyən, təşkilatın fəxri sədri Oktay Əfəndiyevə təşəkkürünü bildirib.