Kiyevdə, Ukrayna azərbaycanlıları radasının baş qərargahında, Dünya azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş tədbir keçirildi. Kiyev və ətraf bölgələrdə yaşayan diaspor fəalları bir yerə cəmlənərək, təkcə Ukraynada yaşayan soydaşlarımızı deyil, dünya azərbaycanlılarını ilin bir günündə yox, hər günündə həmrəy olmağa çağırdı. Tədbiri giriş sözü ilə açan şuranın baş katibi, tarix elmləri namizədi Seyid Qədiməliyev qonaqları salamlayaraq, radanın fəaliyyətindən ətraflı məlumat verdi. Bayram ab-havasına köklənən toplantıda məqsədə çatmaq üçün vacib olan fəaliyyət planı da unudulmadı.
Diaspor fəalları 2019 cu ildə görülən işləri yada salıb, 2020 ci ilin planları haqda da danışdılar. Ukrayna Millətlər Assambleyasının prezidenti , Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Azərbaycanlıları Radasının həmsədri Rövşən Tağıyev təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Ukrayna diasporasının tarixindən danışarıq, Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının sərancamı ilə, Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət komitəsinin yeni sədri Fuad Murodovun təyinatından sonra yeni bir impulsun olduğunu, qısa zamanda böyük işlər görüldüyünü vurğuladı. Ukraynada yaz aylarında baş tutacaq yerli seçkilərdə diasporamızın geniş tərkibdə iştirakını diqqətə çatdırdı
Ukrayna Alı Radasının həmsədri, Ukrayna Az’rbaycanlılarının Birləşmiş Diasporasının sədri hüquq elmləri doktoru Hikmət Cavadov həmyerlilərimizi təbrik edib, qarşıda duran prioritet məsələlərdən danışaraq Rövşən Raqifoğlunun Azərbaycsnlıların diaspor quruculuğu tarixinı həsr olunmuş “Azərbaycan diasporu” kutabını qonaqlara təqdim etdi . Yeni nəşr maraqla qarşılandı, çünki tədbir iştirakçıları arasında Ukraynada ilk diaspor təşkilatlarının qurucuları da var idi.
Tədbirdə çıxış edənlər, Ukraynada diaspora hərəkatının qurucularından biri olan, Fövqəladə və Səlahiyyətli səfir, professor Tələt Əliyev, tarix elmləri doktoru, professor Fərhad Turanlı, hüquq elmləri doktoru, professor Arif Quliyev, Ukraynanın xalq artisti Qurban Abbasov , “Işıq” dinii icmasının sədri Əbülfaz Qasımov, biologiya elmləri namizədi Şaxbala Əsədov və digərləri Ukraynada diasporamızı ətrfında birləşdirən Ukrayna Azərbaycanlıları Radasının yaranmasının təqdirəlayiq olduğunu vurğulayaraq həmyerlilərimizi dahada sıx və effektli fəaliyyətə səslədilər. Sonda isə Diasporla iş üzrə dövlət komitəsinin Hesabat filmi nümayiş olundu. İzləyicilər dünyanın müxtəlif öıkələrində yaşayan azərbaycanlıların gördüyü işlərlə də tanış oldular.