Site Loader

Kiyev şəhərində Ukrayna Azərbaycanlıları Radasının ofisində azərbaycanlı alim, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin eksperti Teymur Atayevin Ukrayna dilinə tərcümə olunmuş kitablarının təqdimatı çərçivəsində “Azərbaycan-Ukrayna münasibətləri dünya geosiyasəti prizmasında: Tarix və müasirlik” adlı elmi konfrans keçirilib.

Tədbirdə çıxış edən T.Atayev bildirib ki, Ukrayna və Azərbaycan tarixlərinə, həmçinin çoxmillətlilik və tolerantlığa görə çox oxşardırlar. Onun sözlərinə görə, müəyyən proseslərin izahı üçün tarixi siyasi proseslərə geri qayıtmaq lazımdır və bunların tədqiqatı aparılmalıdır. Tədbirin digər iştirakçıları Ukrayna Mədəniyyət nazirliyinin rəsmisi Vladimir Xodokivski Ukrayna Azərbaycanlıları Radasının həmsədri,BUAK və Ukryna Millətlər Assambleyasının sədri Rövşən Tağıyev, müşavir Xəyyam Həqiqətoğlu , tarix elmləri namizədi Ukrayna Azərbaycanlıları Radasının baş katibi Səid Qədməliyev, uzun illər Azərbaycanın Ukraynadakı səfiri olmuş Tələt Əliyev, professor Arif Quliyev, çıxışlarında Azərbaycan və Ukrayna arasında tarixi dostluqdan, strateji tərəfdaşlıqdan söhbət açıblar.
Tədbirdə yazıçılar, jurnalistlər, ictimai xadimlər, professorlar, Azərbaycan diasporunun və yerli ictimaiyyətin rəhbərləri, Ukrayna Mədəniyyət Nazirliyinin rəsmisi iştirak edib.

Qeyd edək ki, Teymur Atayev Kiyev, Odessa və Lvovun müxtəlif Universitetlərində mühazirələr oxuyur.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi