Site Loader

Son günlər Ukrayna və Rusiya arasında yaranmış gərginliklə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsi bu ölkədə yaşayan soydaşlarımızın hər birinin taleyindən narahatdır. Bir çox ölkələr öz vətəndaşlarını Ukraynanı tərk etməyə çağırsa da, bu gün minlərlə azərbaycanlı yaşadığı vilayətdə, şəhərdə gündəlik həyatına davam etməkdədir.
Yaranan vəziyyətlə bağlı Dövlət Komitəsinin nümayəndələri Ukraynadakı azərbaycanlılar və diaspor təşkilatları, əsasən də Ukrayna Azərbaycanlıları Radasının rəhbərliyi ilə mütəmadi əlaqə yaradaraq, situasiyanı nəzarətdə saxlayır.
Gərginləşən həyəcanlı vəziyyətlə bağlı olaraq Ukrayna Azərbaycanlıları Radasında 24 saat işləyən operativ qərargah yaradılıb. Ukraynada, xüsusilə gərginliyin hökm sürdüyü bölgələrdə yaşayan soydaşlarımız hər hansı həyati təhlükə yaranacağı təqdirdə +380 (97) 070 00 85 telefon nömrəsi, [email protected], [email protected] email ünvanı ilə saxlayıb dəstək ala bilər.

Ukraynadakı soydaşlarımız, eyni zamanda onların ölkəmizdə olan yaxınları günün istənilən saatında Ukrayna Azərbaycanlıları Radasına müraciət edərək lazımi məlumatları əldə edə və onları narahat edən məsələlərlə bağlı informasiya verə bilərlər.
Mövcud vəziyyətlə əlaqədar olaraq, soydaşlarımıza hər cür mənəvi və informasiya dəstəyini təmin etmək məqsədilə Ukrayna Azərbaycanlıları Radası 24 saat fəaliyyət göstərir.