Site Loader

Ceyhun Məmmədov: “Diasporun inkişafı üçün hər cür şərait var”

Xaricdə yaşayan soydaşlarımızın birliyi və həmrəyliyi hər zaman prioritetdir. Bu baxımdan Ukraynadakı diasporumuzda da müsbət irəliləyiş əldə olunub. Xüsusən pandemiya və Vətən müharibəsi günlərində bu həmrəylik daha çox özünü büruzə verib. Hazırda bu missiya uğurunda Ukrayna Azərbaycanlıları Radası (UAR) aktiv fəaliyyət göstərir. Elə “Azerforum”un müsahibi də UAR-ın baş katibi Ceyhun Məmmədovdur. Xaırladaq ki, C.Məmmədov Naxçıvan Dövlət Universitetinin İstehsalın iqtisadiyyatı və idarə olunması fakültəsini bitirib. 1998-2004 illər ərzində Bakıda media sahəsində çalışıb. 2004-cü ildən qürbətdə, 2006-cı ildən isə Ukraynada yaşayır.

-Sizin UAR-a gəlişiniz necə olub?

-Bu ilin iyun ayında Ukrayna Azərbaycanlıları Radasının həmtəsisçəsi, Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin UAR baş katibliyinə namizədliyimi irəli sürüb və güvəndiyini bildirib. UAR-nın digər həmsədri, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov və UAR idarə heyəti də namizədliyimi bəyənib və dəstəkləyib. Beləliklə, iyun ayından etibarən UAR baş katibi vəzifəsini icra edirəm.

– Ukraynada diasporun inkişafına nə kimi töhfə verirsiz?

-Ukraynada gəldiyim ilk gündən hər zaman diaspor fəaliyyətində aktiv olmağa çalışmışam. Hədəfimiz xalqımızı, dövlətimizi, dəyərlərimizi yüksək səviyyədə təmsil və təbliğ etmək olub. Bu sahədə fəaliyyət gösərənlərə də hər zaman dəstək olmuşuq və oluruq.

– Ukraynada diasporumuzun inkişafı özünü nədə göstərir?

-Umumiyyətlə, Fuad Muradovun Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin olunduğu vaxtdan etibarən bütün dünyadadkı diaspor fəaliyyətində canlanma var. Ölkələrdə Koordinasiya şuralarının, Azərbaycan Evlərinin yaradılması pərakəndə halda fəaliyyət göstərən ayrı-ayrı təşkilatlar arasındakı kommunikasiyanın və birliyin güclənməsinə gətirib çıxardı. Buraya Diasporla İş üzrə Dövlət Komitəsinin də maddi-mənəvi dəstəyini əlavə edəndə görürük ki, diasporun inkişafı üçün hər cür şərait var. Bu mənada artıq Ukraynada, demək olar ki, mərkəzi koordinasiyaya nail olunub. İki güclü təşkilat olan Kiyev Azərbaycanlıları Konqresinin və Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun bazasında yaradılan  Ukrayna Azərbaycanlıları Radası öz işinin öhdəsindən layiqincə gəlir.

-UAR-ın əsas fəaliyyət istiqamətləri hansılardır?

UAR-ın fəaliyyətinin əsas istiqamətləri belə müəyyənləşdirilib: Ukraynada fəaliyyət göstərən diaspor təşkilatlarının koordinasiyası, Ukraynada yaşayan həmvətənlərimizlə əlaqələrin qurulması, Ukraynada yaşayan məktəbyaşlı uşaqlar üçün Azərbaycan dili və tarixinin öyrədilməsi, Ukraynada yaşayan və təhsil alan azərbaycanlı gənclərlə bağli işlərin aparılması.

Bütün bunlarla yanaşı, Ukraynada fəaliyyət göstərən digər diaspor təşkilatları və ictimai təşkilatlar, eləcə də yerli ictimaiyyət ilə əlaqələrin qurulması, birgə fəaliyyətin təmin olunması da bizim üçün prioritetdir.

Bu sahələrin hər biri ilə bağlı işlər görülür. Fəaliyyətlərimizlə bağlı “rau.in.ua” saytında və “Facebook” səhifmizdə ətraflı məlumat var.Mənbə: 

https://azerforum.com/az/uar-ukraynada-merkezi-koordinasiyaya-nail-olub?fbclid=IwAR1LosIZ9XBikbjmDz7nyIevX07JZ5xNWrZDSLFtFJcyvhA1Ef06-TTfFHo