Site Loader

“Rusiya və Ukrayna arasında müharibə davam edir, vəziyyət gərgin olaraq qalır. Buna baxmayaraq biz 1000-1110 nəfər azərbaycanlının təxliyyəsini təmin edə bildik”.

Bu sözləri APA TV-yə Ukraynada yaranmış vəziyyətlə bağlı Kiyev Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Azərbaycanlıları Radası İdarə Heyətinin üzvü Oleq Krapivin deyib: “Azərbaycan Prezidenti cənab İlham Əliyevə təşəkkür edirəm, bu çətin gündə bizləri tək qoymadı. Diasporla İş üzrə Dövlət komitəsinə minəttdaram. Ceyhun Məmmədova Rada sədrinə də təşəkkür edirəm. Bizimlə gecə-gündüz bilmədən telefon əlaqəsindəyik və insanların şəhərdən çıxarılmasını siyahılar üzrə təmin edirik. Qaynar xətt vasitəsilə müraciət edən soydaşlarımızın siyahısını tuturuq. Ən çətin vəziyyət Xarkovdadır. Mən bu məsələdə bizlərə yardım edən bizim konsulumuz Əfqan müəllimə xüsusi təşəkkür etmək istəyirəm ki, tələbələrimizin və vətəndaşlarımızın təxliyyəsində əlindən gələni edir”.