Форум был осуществлен при поддержке Фонда Молодежи Азербайджанской Республики. Форум проходил в Киевском Национальном Университете Технологии и дизайна. Форум открыли под гимны Украины и Азербайджана. На Форуме с вступительной речью выступил проректор университета по международным делам, профессор, доктор технических наук Виталий Васильевич Чабан. Он приветствовал присутствующих на Форуме и говорил об азербайджано-украинской дружбе и подчеркнул важность укрепления молодежных организаций обеих стран для укрепления связей между нашими народами.
Потом на Форуме выступил председатель Ассоциации Азербайджано-славянской Молодежи Сабухи Аббасов. Он проинформировал участников о цели Форума и подчеркнул важность укрепления между молодежными движениями Азербайджана и Украины.
“Главная цель проведенного нами Форума — это укрепление дружбы между нашими народами, доведение реалий Азербайджана до внимания украинской общественности и внесение своей лепти в интеграционные процессы между нашими странами. В Азербайджане с любовью и уважением относятся к Украине и украинскому народу. В Киеве после встречи и общения с представителями украинской молодежи и представителями интеллигенции мы ещё раз убедились, что дружба и уважение являются взаимными. Выражаю свою благодарность всем, кто оказал содействие в организации этого важного мероприятия”, — отметил Сабухи Аббасов.
Затем на Форуме выступили сотрудник Посольства Азербайджана в Украине Самир Аллахвердиев, представитель Фонда Молодежи Азербайджана Рахим Рахимов, Генеральный секретарь Рады Азербайджанцев Украины Сеид Гадмалиев, глава молодежно-студенческой организации Киевского Национального Университета Технологии и дизайна Наталия Лесюта, официальный представитель Верховной Рады Николай Богославец, глава Всеукраинской Азербайджанской Молодежной Организации Дамед Аскеров, журналист Фикрет Мамедов и др.
В конце Форума были выданы сертификаты 65 молодым студентам и прошел флешмоб на укранском языке «Карабах это Азербайджан (Карабах це Азербайджан!)».
25 oktyabr 2019-cu il tarixdə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) Ukraynanın paytaxtı Kiyev şəhərində, KMTD-nin konfrans zalında “Azərbaycan-Ukrayna Gənclərinin I Forumu”na start verib. Forum Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşır.
Forum hər iki dövlətin himnlərinin səsləndirilməsi ilə başlanılıb. İlk olaraq Kiyev Milli Texnologiya və Dizayn Universitetinin Elmi, pedaqoji və beynəlxalq fəaliyyətlər üzrə prorektoru, professor, texniki elmlər doktoru, Çaban Vitaliy Vasilieviç açaraq Ukrayna-Azərbaycan əlaqələrindən danışdı. İkitərəfli münasiblərin inkişafında gənclərin rolunu xüsusi qeyd edən V.Vasilyeviç bu istiqamətdə Forumların böyük rola malik olduğunu dedi.
Daha sonra ASGA sədri Səbuhi Abbasov çıxış eərək Forum iştirakçılarını salamlayıb və layihə haqqında geniş məlumat verib: “Layihənin əsas məqsədi Yerli QHT-lərdə, mediada çalışan gənclərlə Ukraynadakı gənclər arasında koordinasiyanı təmin etmək, Azərbaycan həqiqətlərini Ukraynada yaymaq, gənclərin beynəlxalq aləmə inteqrasiyasını təmin etmək, ölkəmizin turizm potensialını dünyaya nümayiş etdirməkdən ibarətdir. Bu gün Azərbaycanda Ukrayna diasporası üçün hər çür şərait yaradılıb, parklar, mədəniyyət mərkəzləri yaradılıb. Eyni münasibəti biz Ukrayna xalqından da görürük. Layihədə tərəfdaş qismində iştirak edən Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkür edirəm. Ukraynada bizə, 8 nəfərlik nümayəndə heyətinə göstərdiyi xüsusi diqqətdən dolayı Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyevə, eyni zamanda, Azərbaycan Diasporu İnformasiya Mərkəzinə, Ukraynada fəaliyyət göstərən bəzi diaspor təşkilatlarına təşəkkür edirəm. Bu gün Azərbaycanda əsası Ulu Öndər tərəfindən qoyulan Gənclər siyasəti prezident İlham Əliyev tərəfindən yeni mərhələyə qədəm qoyub. Bu layihə əslində “Azərbaycan-Slavyan Gənclərinin I Forumu”nun məntiqi nəticəsidir. Gələcəkdə eyniformatlı Forumları digər Slavyan ölkələrində də reallaşdırmaq niyyətindəyik. Uzun illərdən bəri arzuladığımız layihələri reallaşdırma imkanını verdiyinə görə ASGA İdarə Heyəti adında Gənclər Fonduna xüsusi təşəkkür edirəm.”
Sonra Azərbaycan Respublikasının Ukraynadakı fövqəladə və səlahiyyətli səfirliyinin əməkdaşı Samir Allahverdiyev çıxış edərək Ukrayna-Azərbaycan əlaqələrindən danışdı. Ukraynanın Azərbaycan üçün hər zaman strateji tərəfdaş olduğunu deyən S.Allahverdiyev bu əlaqələrin bu gün də inkişaf etdiyini dedi. S.Allahverdiyev, həmçinin, təmsil etdiyi qurumun Ukrayadakı irimiqyaslı fəaliyyətindən danışıb.
Azərbaycan Gənclər Fondunun rəsmisi Rahim Rəhimov çıxışında təmsil etdiyi qurumun tarixindən və fəaliyyət istiqamətlərindən danışdı. Fondun icraçı direktoru Fərid Cəfərovun təbrikini Forum iştirakçılarına çatdıran R.Rəhimov Azərbaycanda son illər həyata keçirilən uğurlu gənclər siyasətindən danışıb.
Daha sonra Ukrayna Azərbaycanlıları Radasının baş katibi Seyid Qədiməliyevçıxış edərək Ukraynada Azərbaycan diasporunun fəaliyyətindən, görülən işlərdən danışdı.
Kiyev Milli Texnologiya və Dizayn Universitetinin Tələbə Gənclər Təşkilatının rəhbəri Lesyuta Nataliyaisə Ukrayanda həyata keçirilən gənclər siyasətindən, proqramlardan, reallaşdırılan layihələrdən danışdı.
Ukrayanda Ali Radası rəsmisi Mikola Boqoslaveç Kerivçik isə çıxışında Ukrayna-Azərbaycan əlaqələrindən danışdı, ikitərəfli əlaqələrin inkişafında parlamentlərarası münasibətlərdən söz açdı.
Sonra Ümumukrayna azərbaycanlı gənclər təşkilarının rəhbəri Daməd Əsgərov, telejurnalist Fikrət Məmmədov və digərləri “Azərbaycan-Ukrayna: İkitərəfli əlaqələrin inkişafında gənclərin rolu”, “Azərbaycan-Ukrayna Əlaqələrinin inkişafında medianın rolu” panellərində çıxış ediblər.
Forumun sonunda tədbirdə iştirak edən 65 gəncə sertifikat verilib və ukrayna dilində “QARABAĞ AZƏRBAYCANDIR” (Карабах це Азербайджан!) fləşmobu keçirilib.
Məlumat üçün qeyd edək ki, 2 günlük Forum çərçivəsində 3-cü panel müzakirəsi sabah həyata keçiriləcək.